Zelenksi Rusiya ilə danışıqlar üçün şərtini AÇIQLADI

23:30 - 07 Noyabr 2022

Zelenksi Rusiya ilə danışıqlar üçün şərtini AÇIQLADI

“Ukrayna Rusiya ilə danışıqlardan imtina etmir, bunun üçün Moskva bir şərti yerinə yetirməlidir”.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu, Ukrayna Prezidenti Volodimir Zelenskinin bugünkü bəyanatında qeyd olunub.

Prezident Aparatının rəhbəri Mixail Podolyak bildirib ki, bu şərt Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılmasıdır:

"Siz başa düşməlisiniz. Ukrayna heç vaxt danışıqlardan imtina etməyib. Danışıqlardakı mövqeyimiz məlum və açıqdır".

Onun fikrincə, Rusiya Prezidenti Vladimir Putin isə buna hazır deyil.

"Ona görə də biz öz qiymətləndirməmizdə konstruktivik. Rusiyanın növbəti lideri ilə danışacağıq", - deyə Podolyak bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az