Roma Papasına Rusiyanın Ukraynada basdırdığı mina hədiyyə olundu

09:10 - 08 Noyabr 2022

Roma Papasına Rusiyanın Ukraynada basdırdığı mina hədiyyə olundu

 

Ukrayna Yunan Katolik Kilsəsinin rəhbəri  Svyatoslav Şevçuk Roma Papası Fransiskə mart ayında Kiyev vilayətindəki məbədin fasadını dağıdan minanın bir parçasını hədiyyə edib.

 

Manset.az xəbər verir ki, Papa Fransisk ukraynalı din xadimi ilə söhbəti zamanı səbirli Ukrayna xalqına yaxın olduğunu bildirib və dua,eləcə konkret işlərlə onların yanında olduğuna əmin edib.

Xatırladaq ki, bugünlərdə Roma Papası Fransisk işğalçıların Ukraynadakı qəddarlığının onu heyrətə gətirdiyini və bu xüsusiyyətin rus xalqına xas olmadığını deyib. Ukrayna tərəfi pontifikin bəyanatına kəskin reaksiya verib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az