Türkiyə XİN Zəfər Günü münasibəti ilə Azərbaycanı təbrik etdi

11:17 - 08 Noyabr 2022

Türkiyə XİN Zəfər Günü münasibəti ilə Azərbaycanı təbrik etdi

Türkiyə Xarici İşlər Nazirliyi 8 Noyabr - Zəfər Günü münasibəti ilə Azərbaycanı təbrik edib.

 

Manset.az xəbər verir ki, bu barədə nazirliyin rəsmi tviter səhifəsində paylaşım edilib.

"İşğal altındakı torpaqlarını qəhrəmancasına verilən bir mücadilə nəticəsində azad edən qardaş Azərbaycanı 8 Noyabr - Zəfər Günü təbrik edirik.

Azərbaycan Ordusunun bu tarixi zəfəri bütün bölgədə davamlı sülh və əmin-amanlıq ümidlərinin yaranmasına səbəb olub.

Türkiyə işğaldan azad olunan ərazilərin yenidən qurulması və inkişafı da daxil olmaqla Cənubi Qafqazda təhlükəsizliyin, sabitliyin və əməkdaşlığın artırılması üçün Azərbaycan ilə həmrəylik və koordinasiya şəraitində fəaliyyət göstərməyə davam edəcək", - paylaşımda bildirilib.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az