Saakaşviliyə vərəm diaqnozu da qoyuldu

15:03 - 08 Noyabr 2022

Saakaşviliyə vərəm diaqnozu da qoyuldu

Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşviliyə həkimlər tərəfindən vərəm və demensiya diaqnozu qoyulub.

 

Manset.az xəbər verir ki, bu barədə Gürcüstanın “İnterpresnyus” agentliyinə siyasətçinin vəkili Şalva Xaçapuridze bildirib.

“Söhbət həkimlərin ehtimal olunan diaqnozlarından gedir və onlar hələ yekun deyil, bu sadəcə fərziyyədir, həmçinin Mixail Saakaşvilidə daha 34 ehtimal olunan xəstəlikdir”, - vəkil əlavə edib.

Qeyd edək ki, həkimlər daha öncə Mixail Saakaşvilidə 17 xəstəlik aşkarlayıb.

Xatırladaq ki, M. Saakaşvili hazırda Tbilisidəki “Vivamed” özəl klinikasında müalicə olunur. Gürcüstanın sabiq Prezidenti 2021-ci il oktyabrın 1-də ona qiyabi olaraq verilən iki hökm əsasında saxlanılıb. O, altı il həbs cəzası alıb. Daha 3 iş isə məhkəmə icraatındadır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az