Tramp tezliklə “mühüm bəyanat” verəcəyini açıqladı

17:25 - 08 Noyabr 2022

Tramp tezliklə “mühüm bəyanat” verəcəyini açıqladı

ABŞ-nin keçmiş prezidenti Donald Tramp noyabrın 15-də Florida ştatında yerləşən özünün Mar-a-Laqo iqamətgahında “vacib bəyanat” verməyə hazırlaşır.

 

Manset.az xəbər verir ki, o, bu barədə Ohayoda tərəfdarları qarşısında keçirilən mitinqdə çıxış edərkən bildirib.

Trampın sözlərinə görə, noyabrın 8-də keçirilən aralıq seçkiləri “ölkənin xilası” ola bilər.

Bu seçkilərdə Respublikaçılar Partiyasının nümayəndələrinin ABŞ Konqresinin hər iki palatasında səs çoxluğu qazana biləcəyi proqnozlaşdırılır.

“Mən noyabrın 15-də Florida ştatının Palm-Biç şəhərindəki Mar-a-Laqoda çox vacib bir bəyanat verəcəyəm”, - deyə ABŞ-nin 45-ci prezidenti qeyd edib.

Daha əvvəl Trampın aralıq seçkilərindən sonra Ağ Evə namizədliyini irəli sürmək planlarını açıqlayacağı gözlənilirdi. Amerika mediasındakı bəzi mənbələr noyabrın 14-ü belə bir bəyanatın verilə biləcəyini ehtimal edir.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az