Pitbull hücumu nəticəsində 8 yaşlı uşaq ÖLDÜ

20:38 - 14 Noyabr 2022

Pitbull hücumu nəticəsində 8 yaşlı uşaq ÖLDÜ

Afrikanın paytaxtı Bloemfontein şəhərində sahibinin evindən qaçan pitbull iti qonşu evə girərək 8 yaşlı uşağa hücum edib.

 

Manset.az xəbər verir ki, pitbull tərəfindən boyun və sinə nahiyəsindən dişlənən uşaq hadisə yerində dünyasını dəyişib.

Bloemfontein (Manqaung) bələdiyyə sədrinin müavini Mapaseka Mothibi-Nkoane tərəfindən edilən şərhdə, bölgədə təhlükə yaradan pitbull itlərinin bələdiyyə qruplarına təhvil verilməsi çağırışı edilib.

Açıqlamada bundan sonra ev heyvanları ilə bağlı qaydaların daha sərt şəkildə tətbiq ediləcəyi də paylaşılıb.

Sizwe Kupelo Vəqfi tərəfindən edilən açıqlamada ölkədəki bütün pitbull itlərinin sterilizasiya edilməli olduğu bildirilib.

Bu ilin əvvəlində Cənubi Afrika Pitbull Federasiyası bu cins itlərin uşaqlara hücumlarının artmasının həyəcan verici olduğunu bildirmişdi. (AA)


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az