Meyvələrin birgə istehlakı sağlam görünə bilər, lakin bəzilərinin birlikdə yeyilməsi həzm sisteminə mənfi təsir göstərir.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, mütəxəssislər xəbərdarlıq edirlər ki, bəzi meyvələr şişkinlik, qaz, turşuluq, hətta qida maddələrinin həzm edilməsində problemlərə səbəb ola bilər.
Qarışdırmamağınız tövsiyə olunan meyvə "cütlükləri" bunlardır:
Portağal və banan, çiyələk və kişmiş – müxtəlif həzm sürətləri səbəbilə qaz və turşuluğa səbəb ola bilər.
Banan və avokado – biri nişastalı, digəri zülallıdır və birgə qəbulu həzmsizlik yarada bilər.
Qarpız və alma – qarpız tez, almalar gec həzm olunur.
Papaya və limon – pH balansını poza və mədə narahatlığına səbəb ola bilər.
Portağal və yerkökü – meyvə və tərəvəz fərqli həzm sürətləri ilə mədədə fermentasiyaya gətirib çıxara bilər.
Mütəxəssislər xəbərdarlıq edir: meyvələri düzgün qruplarda istehlak etmək bağırsaq sağlamlığını qorumaq üçün vacibdir.