Rusiyada yerləşən Saxa Respublikasının (Yakutiya) ərazisində havanın temperaturu mənfi 61 dərəcəyə qədər enib.
Manset.az “Qafqazinfo”ya istinadən Rusiya mediasına istinadən xəbər verir ki, mənfi 61 dərəcə şaxta Jilinda kəndində qeydə alınıb.
Bununla yanaşı, respublikanın 9 rayonunda havanın temperaturu mənfi 45 dərəcəyə çatıb. Yakutiyanın şimal-qərb və şimal-şərq hissələrində isə gecələr mənfi 50 dərəcə müşahidə edilir.
Yakutiyanın paytaxtı Yakutskda isə temperatur mənfi 42 dərəcə şaxta təşkil etdiyindən orta məktəblərdə təhsil distant formata keçirilib.