Məşhur amerikalı aktrisa Enni Verşinq vəfat edib.
Manset.az Sfera.az-a istinadən xəbər verir ki, “24 saat” serialı ilə şöhrət qazanan 45 yaşlı aktrisa xərçəng xəstəliyindən dünyasını dəyişib.
O, 2020-ci ildə xərçəng diaqnozu qoyulduqdan sonra da filmlərdə çəkilməyə davam edib.
“Ulduz yolu: Pikar” (“Star Trek: Picard”) və “Debütant” (“The Rookie”) seriallarında məşhur rolları canlandırıb.
