Toyota-nın hibrid modeli elektrikli “New C-HR” dünyada ilk dəfə Türkiyədə istehsal olunacaq.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Toyota Avtomobil Sənayesi Türkiyə dünyada ilk dəfə olaraq Türkiyədəki fabrikində elektrikli C-HR istehsal edəcək və şirkətin Avropadakı fabrikləri arasında elektrikli avtomobil istehsal edən ilk fabrik olacaq.
Yeni C-HR-nin Toyota-nın 2025-ci ilə qədər Avropada 1,5 milyon avtomobil satmaq hədəfinə əhəmiyyətli töhfə verəcəyi gözlənilir. Beləliklə, TMMT brendin Avropada elektrikləşdirmə transformasiyasında mühüm rol oynayacaq.
Manşet.az