Hindistanda yüzlərlə insan müsəlmanların hindu qadınları ilə evlənməsinə etiraz edərək, dinə zidd qanunların tətbiqini tələb edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, etirazçılar müsəlman kişilərin hindu qadınlarını nikah yolu ilə dinini qəbul etməyə razı saldığını iddia edərək nümayiş keçiriblər.
Sağçı qrupların fəalları Mumbayda keçirilən mitinqdə müsəlman-hindu nikahlarına qarşı şüarlar səsləndirərək, dinə zidd qanunların tətbiq edilməsini və din adı altında torpaq zəbtinin dayandırılmasını tələb ediblər.
Manşet.az