Vergidən yayınan partiya sədri vəzifəsindən azad edildi

14:12 - 30 Yanvar 2023

Vergidən yayınan partiya sədri vəzifəsindən azad edildi

Böyük Britaniyada vergi qalmaqalı baş verib. Baş nazir Rişi Sunak hakim Mühafizəkarlar Partiyasının sədri Nadim Zahavini istefaya göndərib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Zahaviyə qarşı vergidən yayınma iddiaları var idi. İddialardan sonra istintaq açılıb.

Araşdırmadan sonra Sunak Zahaviyə məktub göndərib. O, məktubda vergidən yayınma iddialarını müstəqil etika məsləhətçisinin araşdırdığını və nazirliklə bağlı qanunların ciddi şəkildə pozulduğu qənaətinə gəldiyini bildirib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az