Pakistanın Hayber Paxtunxva əyalətində günorta namazı vaxtı məsciddə partlayış baş verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, şəhərin Polis Xəttləri ərazisindəki məsciddə günorta namazı vaxtı intihar hücumu baş verib. Hücum nəticəsində azı 28 nəfər həlak olub.
Xəstəxana rəsmisi hadisə zamanı yaralananlardan 10-15-nin vəziyyətinin ağır olduğunu açıqlayıb.
Partlayış nəticəsində məscidə, eləcə də ətrafdakı tikililərə və avtomobillərə ziyan dəyib.
Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.
Manşet.az