Çexiyada seçkilərdə Andrej Babisi geridə qoyan keçmiş NATO generalı Petr Pavel prezident seçilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Çexiya statistika agentliyinin dərc etdiyi ilk seçki nəticələrinə əsasən, NATO-nun keçmiş generallarından olan Petr Pavel Çexiyanın yeni prezidenti seçilib. İlkin məlumatlara görə, Pavel rəqibi Babisi qabaqlayaraq 57,6 faiz səs toplayıb.
Pavel yeni vəzifəsinə martın 9-da başlayacaq.
Manşet.az