Kreml Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun Rusiya prezidenti Vladimir Putinin onu raketlə vurmaqla hədələməsi ilə bağlı iddiasını təkzib edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Boris Conson Rusiya Ukraynanı işğal etməzdən əvvəl Rusiya prezidenti Vladimir Putini müharibədən çəkindirmək üçün etdiyi telefon danışığından danışıb və Putinin onu hədələdiyini bildirib.
Kremlin sözçüsü Dmitri Peskov Consonun iddialarının mediada əks olunmasından sonra verdiyi açıqlamada söylədiklərinin doğru olmadığını, “yalan” olduğunu bildirib.
“Telefon danışığında Boris Consona heç bir təhdid olmayıb” - Kremlin bəyanatında deyilir.
Manşet.az