Böyük Britaniyada uzun müddətdir davam edən sağlamlıq böhranı hökumət üçün bir nömrəli gündəm məsələsinə çevrilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, baş nazir Rişi Sunak ölkədə davam edən sağlamlıq böhranını həll etmək üçün “virtual xəstəxanalar”ı işə salıb. Bu gün açıqlanacaq təcili yardım planına əsasən, hər il yarım milyondan çox xəstə evlərində müalicə alacaq.
Təcili tibbi yardım islahatı planının bir hissəsi olan virtual xəstəxanalar üçün gələn qışa qədər təxminən 3000 virtual çarpayı yaradılacaq.
Tətbiqin səhiyyə xidmətləri üzərindəki ağır təzyiqi qaldıracağı gözlənilir.
Virtual xəstəxanaların yaradılmasında məqsəd qocaları və davamlı qayğıya ehtiyacı olan xəstələri xəstəxana əvəzinə evlərində müalicə etməkdir.
Hökumətin planına əsasən, “ev şəraitində müalicə olunacağı” müəyyən edilən xəstələrə içərisində sfiqmomanometr, termometr və oksimetr olan qutu göndərilir. Bu qutuda xəstənin xüsusi vəziyyətinə uyğun olaraq ehtiyac duyduğu tibbi cihazlar ola bilər.
Xəstələr onlara göndərilən tibbi cihazlarla gündəlik yoxlamalarını aparacaq və nəticələri smartfonlarına endirdikləri proqrama yükləyəcəklər.
Xəstəxana işçiləri bu nəticələri gündəlik yoxlayacaq və lazım olduqda evə nəzarət edə biləcəklər.
Hökumət problemi olan xəstələrə iki saat ərzində çatmağı hədəflədiyini bildirib. Sistemdən düzgün istifadə olunarsa, xəstəxanaya müraciətlərin yüzdə 20-yə qədərinin qarşısı alına biləcəyi düşünülür.
Hökumət "virtual xəstəxanaların" İngiltərədəki sağlamlıq böhranına son qoyacağına ümid etsə də, uzun müddət həkimə müraciət edən xəstələr bu təcrübənin real insanları əvəz edə bilməyəcəyini düşünürlər.
Yeni tətbiq sosial mediada reaksiyalara səbəb olub. İnsanlar yeni sistemin vəziyyəti daha da pisləşdirəcəyindən narahatdırlar.
Manşet.az