Ukraynaya tank göndərməyə hazırlaşan ölkənin inventarının boş olduğu ortaya çıxdı

17:01 - 30 Yanvar 2023

Ukraynaya tank göndərməyə hazırlaşan ölkənin inventarının boş olduğu ortaya çıxdı

ABŞ, Almaniya, Fransa və Polşadan sonra Ukraynaya tank göndərməyə hazırlaşan Belçikanın inventarında zirehli texnikanın olmadığı məlum olub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Belçika hökumətinin 2014-cü ildə yararsız tankları silah satıcısına satdığı və tacirin geri qaytarılması üçün yüksək məbləğ tələb etdiyi üçün geri ala bilmədiyi öyrənilib. Belçika hələlik hərbi texnika göndərməklə kifayətlənəcək.

Məlum olub ki, Belçika hökuməti 2014-cü ildə istifadə olunmamış onlarla Leopard 2 tankının hər birini 15 min avroya silah satıcısına satıb. Belçikanın tankları geri almaq üçün silah satıcısına müraciət etdiyi və cavab olaraq anbarda gözləyən istifadə olunmayan tankların dəyişdirilməsi üçün hər birinə görə 500 min avro istədiyi öyrənilib.

Belçika Müdafiə Nazirliyindən verilən açıqlamada, tələb olunan qiymətin “qəbuledilməz” olduğu bildirilib. Ukraynaya tank tədarükünün mümkün olmadığı və hərbi yardımın, xüsusilə də sursatların veriləcəyi açıqlanıb.

Belçika müharibə başlayandan bəri Ukraynaya tüfəng, silah, reaktiv yaylım atəşi sistemləri və tank əleyhinə raketlər kimi 90 milyon avroluq hərbi texnika göndərib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az