ÜST fövqəladə vəziyyət rejiminin müddətini uzandı

17:38 - 30 Yanvar 2023

ÜST fövqəladə vəziyyət rejiminin müddətini uzandı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun yayılması ilə əlaqədar 2020-ci ilin yanvarından bəri qüvvədə olan fövqəladə vəziyyət rejiminin müddətini daha 3 ay uzadıb.

 

Manset.az xəbər verir ki, bu barədə ÜST-nin Cenevrədəki mənzil-qərargahında təşkilatın Fövqəladə Komitəsinin iclasının yekunlarına dair dərc edilən məlumatda deyilir.

ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus koronavirus pandemiyasının hələ də təhlükəli olduğunu və ictimai sağlamlıq üçün təhlükə yaratdığını vurğulayıb.

O bildirib ki, bu pandemiya beynəlxalq əhəmiyyətli ictimai səhiyyədə fövqəladə vəziyyət nümayiş olunmaqda davam edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az