Tramp 2024-cü il seçkiləri üçün kampaniyaya başlayır

21:38 - 30 Yanvar 2023

Tramp 2024-cü il seçkiləri üçün kampaniyaya başlayır

“2024-cü il seçkiləri ölkəmizi xilas etmək üçün yeganə şansımızdır"


 
Manset.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.

O, 2024-cü il prezident seçkiləri üçün "həmişəkidən fərqli seçici ruhunun" olduğunu bildirərək, seçkilərin onun tərəfində olduğunu söyləyib. 

ABŞ-da 2024-cü ildə keçiriləcək prezident seçkilərinə namizəd olan respublikaçı siyasətçi Tramp ilk təşviqat çıxışlarını Respublikaçılar Partiyasının Nyu Hempşirdə və Cənubi Karolina ştatının paytaxtı Kolumbiyada keçirilən illik toplantısında edib.

2024-cü il seçkiləri üçün hər zamankindən daha “qərarlı və qəzəbli” olduğunu və böyük mitinqlər keçirəcəklərini ifadə edən Tramp daha əvvəl görmədiyimiz bir seçki ruhu var deyib.

Tramp hazırkı prezident Co Baydenin sərhəd, iqtisadi və sosial siyasətlərini tənqid edərək, prezidentliyi dövründə həyata keçirdikləri siyasətlərdən nümunələr verib.

2024-cü il seçkiləri ölkəmizi xilas etmək üçün yeganə şansımızdır deyən, Tramp ABŞ-ın solçu ideologiyaya, dərin dövlətə, mediaya və Çinə müqavimət göstərə biləcək liderə ehtiyacı olduğu fikrini müdafiə edib:

"Bizə sərhədlər və ədalətli və azad seçkilər lazımdır. Əgər sizdə hər ikisi yoxdursa, ölkəniz də yoxdur. Ən əsası isə (ABŞ prezidenti) Co Baydenin yaratdığı hər böhranı və fəlakəti geri qaytaracağıq."

Donald Tramp 2017-2021-ci illərdə prezident olub və 2022-ci il noyabrın 16-da 2024-cü il prezident seçkilərində namizədliyini açıqlayıb.

2024-cü il seçkiləri üçün hazırkı prezident Co Baydenin fevralın 7-də "Birliyin vəziyyəti" mövzusunda çıxışından əvvəl namizədliyini açıqlayacağı gözlənilir. Respublikaçılar arasında Trampın rəqibi olacağı gözlənilən keçmiş vitse-prezident Mayk Pens, Florida qubernatoru Ron DeSantis və Cənubi Karolina ştatının keçmiş qubernatoru Nikki Heyli kimi adların tezliklə namizədliklərini açıqlayacağı gözlənilir.

Davud


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az