Ukrayna "yerli" İHA istehsalı üçün düyməni basdı

22:16 - 30 Yanvar 2023

Ukrayna \"yerli\" İHA istehsalı üçün düyməni basdı

Ukraynanın müdafiə naziri Reznikov 2023-cü ildə İHA-lara 548 milyon sərmayə qoyulacağını və 16 Ukrayna şirkəti ilə təchizat müqaviləsi imzaladıqlarını açıqlayıb.


Manset.az xəbər verir ki, o ölkəsinin 2023-cü ildə pilotsuz uçuş aparatlarına (PUA) 548 milyon dollar xərcləyəcəyini və artıq Ukrayna istehsalçıları ilə 16 satınalma müqaviləsinin imzalandığını açıqlayıb.

Bu il Ukrayna Silahlı Qüvvələri üçün PUA-ların alınmasına daha çox önəm verəcəklərini bildirən Reznikov, hərbi sənayenin müstəqilliyinin bir ölkənin müdafiə qabiliyyəti baxımından mühüm amil olduğunu qeyd edib.

Fevralın 24-də başlayan müharibədə həm Rusiya, həm də Ukrayna kəşfiyyat və hücum məqsədləri üçün İHA-lardan intensiv şəkildə istifadə edir. Türkiyənin “Baykar” şirkətinin raketlə təchiz edilmiş “Bayraktar TB2”ləri ilə yanaşı, Ukraynada çəkisi 33 qramdan az olan “mikro İHA” kimi tanınan Norveç istehsalı "Qara Hornetlər"də var.

Ukrayna hakimiyyəti daha əvvəl “PUA ordusu” yaratmaq məqsədi çərçivəsində yerli istehsalı artırmağı hədəflədiklərini açıqlamışdı. Ukrayna ordusunun ötən həftə verdiyi açıqlamada silahlı qüvvələr daxilində döyüş SİHA istehsal edəcək şirkətlərin qurulmağa başlayacağı bildirilib.

Müdafiə naziri Reznikov, nazirliyin Ukrayna istehsalı olan 75 fərqli PUA üçün müraciət etdiyini ifadə edərək, Müdafiə Nazirliyi Baş Qərargah ilə məsləhətləşmələr və sınaqlar nəticəsində Ukraynalı İHA istehsalçıları ilə 16 satınalma müqaviləsi imzalayıb deyə bildirib.

Baykar Texnologiya baş direktoru Haluk Bayraktar keçən ilin oktyabrında Reuters xəbər agentliyinə verdiyi açıqlamada, Bayraktar TB2 istehsalı üçün Ukraynada qurulması planlaşdırılan fabriki iki il ərzində tamamlamağı hədəflədiklərini söyləyib.

Davud


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az