Rusiyanın kimya istehsalçısı “Fores” Almaniya və ABŞ-ın bu yaxınlarda Ukraynaya verdiyi döyüş tanklarını məhv edən əsgərlərə mükafatlar təklif edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu xəbər Vaşinqton və Berlinin keçən həftə Kiyevə ağır zirehli texnika göndərilməsini təsdiqləməsindən sonra yayılıb.
"Alman Leopard 2 döyüş tankını və ya American Abrams-ı məhv edən və ya ələ keçirən rus əsgərləri pul mükafatı alacaqlar" - şirkət öz saytında bildirib.
Fores ilk vuruşa görə 5 milyon rubl ödəyəcək. Hər bir sonrakı üçün ödəniş 500 min rubl olacaq.
Şirkət əlavə edib ki, Ukrayna F-15 və F-16 qırıcıları alarsa, Fores vurulan ilk təyyarəyə görə 15 milyon rubl mükafat təklif edəcək.
Manşet.az