4 milyard dollarla yoxa çıxan qadın illər sonra ÜZƏ ÇIXDI – FOTO

11:45 - 31 Yanvar 2023

4 milyard dollarla yoxa çıxan qadın illər sonra ÜZƏ ÇIXDI – FOTO

Qurduğu "OneCoin" ilə dünyanın hər yerindən minlərlə insandan 4 milyard dollardan çox pul toplayan “kripto kraliçası” Ruja İqnatova 6 il sonra özünü ifşa edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, FTB-nin axtarışda olduğu yeganə qadın və 2017-ci ildə milyardlarla dollarla yoxa çıxan Ruja İqnatovanın hara yoxa çıxdığı maraq doğurmağa davam edərkən, İngiltərədən gələn xəbər bir daha “kripto kraliçası”nı gündəmə gətirib.

İngiltərənin paytaxtı Londonda satışa çıxarılan dəbdəbəli mənzil İqnatovanın özünü üzə çıxarmasına səbəb olub.

Business Insider-in xəbərinə görə, Londonda bir mənzilin mülkiyyət sənədləri İqnatovanın sağ olduğunu göstərir.

42 yaşlı Bolqarıstan əsilli İqnatovanın şirkət vasitəsi ilə aldığı mənzil ölkədəki qanun dəyişikliyi səbəbindən sahibinin kimliyi ilə dərc edilib.

Dəyəri 11 milyon funt-sterlinq olan mənzilin satılıb-satılmadığı hələlik bəlli deyil.

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az