Finlandiya Qurani-Kərimlə bağlı qərar verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rasmus Paludanın Stokholmda Qurani-Kərimi yandırması müsəlmanları ayağa qaldırmışdı. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qalmaqaldan sonra NATO qapılarını İsveçə bağlayarkən Finlandiya üçün müsbət mesajlar verib.
Ərdoğanın "Finlandiya ilə bağlı fərqli mesaj verə bilərik. Amma Finlandiya eyni səhvi etməməlidir" ifadəsindən sonra Finlandiya diqqətçəkən bir qərar verib. Finlandiya polisi Quran kimi müqəddəs kitabların ictimai yerlərdə yandırılmasına icazə verməyəcəklərini açıqlayıb.
Finlandiya Milli Polis İdarəsi müqəddəs kitabların yandırılmasını “cəzalandırıla bilən cinayət” hesab edəcək. Müvafiq olaraq, müqəddəs kitabların təhqir edilməsinə də eyni cür yanaşılacaq.
“Əgər Qurani-Kərimin yandırılması planlaşdırılsaydı, polis onlara icazə verilməyəcəyi barədə təşkilatçıya əvvəlcədən məlumat verərdi. Həmçinin, əgər fəaliyyət nümayiş zamanı və ya polisin diqqətini çəkən digər vəziyyətlərdə baş verərsə, polis müdaxilə edəcək”.
Manşet.az