Braziliyanın keçmiş prezidenti Jair Bolsonaro ABŞ-da qalmaq üçün 6 aylıq turist vizası üçün müraciət edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ötən il oktyabrın 30-da Braziliyada keçirilən prezident seçkilərində uduzaraq ötən ilin dekabrında ABŞ-a gedən keçmiş prezident Jair Bolsonaro ölkədə qalmaq üçün 6 aylıq turist vizası üçün müraciət edib. Bolsonaronun vəkili Felip Aleksandr, Bolsonaronun müraciət müddəti boyunca ABŞ-da qalacağını söyləyib.
Digər tərəfdən ABŞ Dövlət Departamenti viza qeydlərinin ABŞ qanunlarına görə məxfi saxlanıldığını və nazirliyin şəxsi viza qeydlərinin təfərrüatlarını paylaşmayacağını açıqlayıb.
Manşet.az