Fransa və Avstraliya Ukrayna üçün razılığa gəldilər

13:32 - 31 Yanvar 2023

Fransa və Avstraliya Ukrayna üçün razılığa gəldilər

Fransa və Avstraliya Ukrayna üçün milyonlarla dollarlıq layihədə əməkdaşlıq edəcəklərini bildiriblər.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə hər iki ölkənin xarici işlər və müdafiə nazirlərinin Parisdə keçirilən görüşü zamanı məlumat verilib.

Fransanın silah şirkəti “Nexter” mərmi üçün barıt tədarükçüsü olacaq Avstraliya şirkətləri ilə əməkdaşlıq edəcək.

Bildirilir ki, bir neçə min 155 mm-lik artilleriya mərmiləri birgə hazırlanacaq.

Nazirlərin heç biri artilleriya mərmisinin dəqiq sayını deməsələr də, bunun uzunmüddətli əməkdaşlıq olacağına işarə ediblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az