Rusiya və Belarus əsgərləri üçün birgə mərkəz yaradılır - Putin QƏRAR İMZALADI

16:38 - 31 Yanvar 2023

Rusiya və Belarus əsgərləri üçün birgə mərkəz yaradılır - Putin QƏRAR İMZALADI

Rusiya preidenti Vladimir Putin hökumətin təklifi ilə Rusiya və Belarus arasında birgə hərbi təlim mərkəzinin yaradılması haqqında qərar imzalayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Putin Belarusla iki ölkənin əsgərləri üçün birgə təlim mərkəzinin yaradılması istiqamətində işə başlamaq barədə göstəriş verib.

Müvafiq olaraq, Rusiya Xarici İşlər Nazirliyinin iştirakı ilə Rusiya Müdafiə Nazirliyinə Belarus tərəfi ilə danışıqlar aparmaq və iki ölkə əsgərlərinin təlimi üçün mərkəzin yaradılması üçün razılıq əldə etmək tapşırılıb.

Belarus tərəfinin layihə üzrə razılaşdığı təlim mərkəzlərindən ikisinin Belarusda, birinin isə Rusiyada yaradılması nəzərdə tutulur.

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az