Pakistanın Hayber Paxtunxva əyalətində qayığın bənddə batması nəticəsində həyatını itirən şagirdlərin sayı 41-ə yüksəlib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Pakistanın Kohat bölgəsindəki Tanda bəndində qayığın batması nəticəsində başlayan axtarış-xilasetmə işlərində daha 11 nəfərin cəsədi tapılıb.
Səlahiyyətlilər həyatını itirən şagirdlərin sayının 41-ə yüksəldiyini və ölənlərin əksəriyyətinin uşaqlar olduğunu açıqlayıb.
Kohat Polisinin sözçüsü Fazal Naim, axtarışların suda itən 9 şagirdin axtarışlarının davam etdiyini, lakin onların sağ qalma şanslarının çox aşağı olduğunu bildirib.
Manşet.az