Fransanın müdafiə naziri Sebastyen Lekornyu ölkəsinin Ukraynaya əlavə olaraq 12 Sezar haubitsası göndərəcəyini açıqlayıb.
Manset.az xəbər verir ki, nazir Lekornyu Fransa Ukraynaya edilən yardımlarla bağlı açıqlama verib.
Onun sözlərinə görə, ölkəsi yaxın həftələrdə Ukraynaya əlavə 12 Sezar haubitsa ilə birlikdə 1 ədəd GM 200 tipli radar göndərəcək.
Digər tərəfdən 150 fransız əsgəri Polşaya göndəriləcək və orada ayda 600 ukraynalı əsgərə təlim keçəcək. Beləliklə, yaya qədər 2000 Ukrayna əsgəri təlim keçiriləcək
Qeyd edək ki, Fransa bundan əvvəl Ukraynaya 18 Sezar haubitsa göndərib.
Davud