Böyük Britaniyada ortaya çıxan qalmaqal xüsusilə müdafiə naziri Ben Uollesi qəzəbləndirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, müntəzəm yoxlama zamanı məlum olub ki, 88 milyon funt-sterlinqlik nüvə sualtı qayığının zədələnmiş hissələri dəyişdirilməyib, əvəzinə super yapışdırıcı ilə yapışdırılıb.
Qalmaqaldan sonra nazir təcili görüş və araşdırma aparılmasını və gələcək işlərlə bağlı təminat istəyib.
Təmir komandasının boltları dəyişdirmək əvəzinə, HMS Vanguard nüvə reaktorunda soyuducu boruları bir yerdə saxlamaq üçün istifadə edilən bir neçə qırıq bolt başlığını düzəltmək məqsədilə super yapışqandan istifadə etdiyi bildirilib.
The Sun, reaktorun əriməsinə mane olan soyuducu borulardakı izolyasiyanı yerində saxlayan ən azı yeddi boltun bu şəkildə təmir edildiyini iddia edib. Potensial fəlakətə səbəb olacaq təmir işləri bu ayın əvvəlində reaktorun maksimum gücdə planlaşdırılan ilkin alışmasından əvvəl boltlardan birinin müntəzəm yoxlama zamanı yıxıldığı üçün aşkar edilib.
Manşet.az