Bələdiyyə sədrini oğurladılar - Yandırmaqla hədələyirlər

10:06 - 02 Fevral 2023

Bələdiyyə sədrini oğurladılar - Yandırmaqla hədələyirlər

Meksikada yerli hökumətə etiraz edən insanlar bələdiyyə sədri ilə birlikdə bəzi yerli idarəçiləri qaçırıblar.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Meksikanın Puebla əyalətində yerləşən Tepeyahualko şəhərində təxminən 100 nəfərlik qrup bələdiyyə rəhbərliyinin bölgədə baş verən meşə yanğınına kifayət qədər müdaxilə etmədiyini əsas gətirərək etiraz aksiyası təşkil edib. Şəhər meriyasının qarşısına toplaşan etirazçılar bölgədə böyük bir ərazidə dağıntılara səbəb olan yanğına uzun müddət müdaxilə edilmədiyini bildirərək, səlahiyyətlilərdən izahat tələb ediblər.

Bələdiyyə sədrinin və digər rəsmilərin istefasını tələb edən etirazçılar tələbləri yerinə yetirilməsə onları yandırıb öldürəcəkləri ilə hədələyiblər.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az