Almaniyanın cənubundakı İnqolştadt şəhərində polis park edilmiş avtomobildə qadın cəsədi tapıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, polis və prokurorlar 23 yaşlı qadının ailə problemləri səbəbindən özünü ölü kimi göstərmək və yeni həyata başlamaq üçün dostunun köməyi ilə ona çox bənzəyən əcnəbi qadını öldürdüyünü bildirib.
Cinayəti törədən qadının İraq əsilli alman olduğu məlum olub.
Polis sözçüsü Andreas Aichelenin verdiyi açıqlamaya görə, 23 yaşlı qadın ailə problemləri səbəbindən yeni həyata başlamağı planlaşdırdığı üçün İnstaqramda özünə çox bənzəyən qadını taparaq öldürüb.
Cinayətdən sonra qurbanın qonşu Baden-Vürtemberq əyalətinin Heilbronn şəhərindən olan 23 yaşlı Əlcəzairli gözəllik bloggeri olduğu müəyyən edilib.
Manşet.az