Aİ-Ukrayna sammiti müharibə başlayandan bəri ilk dəfə keçiriləcək

11:31 - 02 Fevral 2023

Aİ-Ukrayna sammiti müharibə başlayandan bəri ilk dəfə keçiriləcək

Avropa Şurasının sədri Çarlz Mişel, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Aİ Komissiyasının əksər üzvləri fevralın 3-ü Zelenski və hökumət üzvləri ilə görüşmək üçün Ukraynaya gedəcək.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, sammitdə Avropa İttifaqı və Ukrayna administrasiyası Ukraynanın Aİ-yə üzvlük prosesi, Aİ-nin Rusiyaya qarşı müharibədə Ukraynaya verdiyi dəstək və mümkün sülh prosesi kimi bir çox mövzunu müzakirə edəcək.

Görüşün yeri və vaxtı ilə bağlı ətraflı məlumat təhlükəsizlik baxımından paylaşılmır.

Sammitin sonunda Mişel, fon der Leyen və Zelenskinin iştirakı gözlənilən mətbuat konfransı da eyni səbəbdən canlı yayımlanmayacaq.

Yekun bəyanat 24 fevral 2022-ci ildə Rusiyanın hücumu ilə müharibənin başlamasından sonra ilk dəfə keçiriləcək Aİ-Ukrayna Sammitinin sonunda dərc olunacaq.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az