Həyat yoldaşı ilə mübahisə edən kişi onun pitonunun başını dişləyərək... - FOTO

13:09 - 02 Fevral 2023

Həyat yoldaşı ilə mübahisə edən kişi onun pitonunun başını dişləyərək... - FOTO

ABŞ-ın Florida ştatında bir kişi həyat yoldaşı ilə mübahisə etdikdən sonra onun evdə saxladığı pitonun başını dişləyərək öldürüb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, polisə qadın və kişinin mübahisə etdiyi barədə xəbər daxil olduqdan sonra həmin şəxs həbs edilib.

Polis məmurları əlinə qandal vurmaq istəyərkən onun müqavimət göstərməyə başladığı və polislərdən birinin gözünü vuraraq onlara “hücum” etdiyi bildirilir.

Kişi polisə mübahisə etdiyi arvadının ev heyvanı olan pitonunun "başını dişlədiyini" etiraf edib. Polis ilanın başı kəsilmiş halda hadisə yerində tapıldığını təsdiqləyib.

Şübhəli şəxsə “yaralamaq və öldürmək məqsədi ilə polisə zorakılıq və heyvanlara qarşı amansızlıqla müqavimət göstərmək” ittihamı ilə mühakimə olunacaq.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az