Ukrayna işğalının başlanğıcında qısa müddətə vasitəçi kimi çıxış edən İsrailin o zamankı baş naziri Naftali Bennet Putinin ona söz verdiyini açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Bennet, "Mən Putindən Zelenskini öldürmək niyyətinin olub olmadığını soruşdum. O, cavabında “Mən onu öldürməyəcəyəm” - dedi. Güman edirəm ki, bunu mənə söz verirsən” deyə cavab verdim. O, təkrar etdi “Mən Zelenskini öldürməyəcəyəm” - deyib.
Bennet bildirib ki, bu dialoq onun 2022-ci ilin martında Moskvaya səfəri zamanı baş tutub. Görüşdən sonra bunu telefonla Zelenskiyə çatdırdığını da deyən Bennet həmin dialoqu belə izah edib: “Qulaq as, mən indi iclasdan çıxdım. Putin səni öldürməyəcək. “Əminsənmi?”- deyə Zelenski soruşdu. 100 faiz, səni öldürməyəcək”.
Manşet.az