Myanmadakı hərbi administrasiya xalqa silah gəzdirməyə icazə verməyə hazırlaşır.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, məsələ ilə bağlı dərc edilən sənədə əsasən, silah lisenziyası “ölkəsinə sadiq” insanlara veriləcək.
Sənədə əsasən, “öz ölkəsinə sadiq” və gözəl əxlaqlı olanlar və dövlətin təhlükəsizliyinə xələl gətirən hadisələrdə iştirak etməyənlər silah vəsiqəsini ala biləcəklər.
Dövlət qulluqçuları və keçmiş hərbçilər də “sadiq” vətəndaşlar sırasındadır.
Silah lisenziyası alanlardan yerli hakimiyyət orqanlarının göstərişlərinə əməl etmələri tələb olunur.
5 növ silaha müraciət edilə bilən lisenziya 1 il müddətində qüvvədə olacaq.
Manşet.az