Malatyada 5,6 maqnitudada zəlzələnin baş verməsi nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, hadisədə 140 nəfər xəsarət alıb, 32 nəfər isə dağıntılar altından xilas edilib.
Qeyd olunur ki, 29 bina və iş yeri dağılıb.
6 binada axtarış-xilasetmə işləri yekunlaşıb.