Yeni Zelandiyanın Kermadek adaları bölgəsində 7 bal gücündə zəlzələ baş verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ Geoloji Xidmətinin (USGS) saytında zəlzələnin 22,1 kilometr dərinlikdə qeydə alındığı bildirilib.
Zəlzələdə tələfat və dağıntı olmayıb.
ABŞ sunami xəbərdarlığı sistemi bölgədə sunami təhlükəsinin olmadığını açıqlayıb.
Manşet.az