Gürcüstanda 111 yaşlı qadın koronavirus xəstəliyindən sağalıb.
Manşet.az xəbər verir ki, bu barədə Tiflisdəki Respublika xəstəxanasından məlumat verilib.
“Qadın 1910-cu ildə anadan olub. Koronavirusdan sağaldı və bu gün evə buraxıldı”, - xəstəxanadan bildirilib.
Qeyd edək ki, Leonila Qvacava adlı qadın uzun müddət Sameqrelo regionunda müəllim işləyib. Onun iki övladı, 7 nəvəsi, 10 nəticəsi və 4 kötükcəsi var.