“Taliban” məşhur məqbərəni ələ keçirdi - VİDEO

19:50 - 06 Sentyabr 2021

“Taliban” məşhur məqbərəni ələ keçirdi - VİDEO

“Taliban” döyüşçüləri Pəncşirin müqavimət qüvvələrinin lideri Əhməd Məsudun atası Əhməd Şah Məsudun məqbərəsini ələ keçirdiklərini elan ediblər.

Manşet.az “RİA Novosti”yə istinadən xəbər verir ki, onların yaydığı video-görüntüdə məqbərə və qarşısındakı boş meydan göstərilir.

Qeyd edək ki, Məsudun məqbərəsi Bazarakdan 8 kilometr məsafədə yerləşir. Daha əvvəl Əfqanıstan Milli Müqavimət Cəbhəsinin sözçüsü Əli Nəzəri bölgənin böyük hissəsinin və ona bitişik vadilərin hərəkat qüvvələri tərəfindən idarə olunduğunu bildirmişdi.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az