Kanadada atışma zamanı iki nəfər öldü

21:42 - 06 Sentyabr 2021

Kanadada atışma zamanı iki nəfər öldü

Kanadanın Saskaçevan əyalətində yerli əhalinin yaşadığı yaşayış məntəqələrindən birində baş verən atışma nəticəsində iki nəfər ölüb, biri yaralanıb.

Manşet.az xəbər verir ki, bu barədə “CTV” telekanalı məlumat yayıb.

Hadisə Saskatun şəhərindən 180 km şimal-şərqdə yerləşən Ceyms-Smit yaşayış məntəqəsində baş verib. İlkin məlumata görə, atışmaya məişət münaqişəsi səbəb olub. Ölənlərdən biri kişi, digərisi isə qadındır, başqa bir kişi xəstəxanaya yerləşdirilib.

Polis hadisə yerindən avtomobillə yayınan 33 yaşlı şübhəli şəxsi axtarır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az