Rusiya ordusu Xerson vilayətini atəşə tutdu

00:16 - 08 May 2023

Rusiya ordusu Xerson vilayətini atəşə tutdu

Rusiya qüvvələri Ukraynanın Xerson vilayətinin kəndlərini atəşə tutması nəticəsində 1 qadın yaralanıb.

 

Manset.az UNIAN-a istinadla xəbər verir ki, bu barədə Xerson Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleksandr Prokudin "Telegram"da bildirib.

“Rusiya aviasiyası Kizomısı məhv etməyə davam edir. İdarə olunan bombaların beş zərbəsi qeydə alınıb. Zərbə nəticəsində qaz xəttinə və yerli sakinlərin təxminən 7 evi zədələnib, onlardan üçü tamamilə dağılıb. Dinc sakinlər zərər görməyib.

Həmçinin Yantarne kəndi yaxınlığında Rusiya artilleriyası zərbə endirib, nəticədə 62 yaşlı qadın yaralanıb”, - o qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az