Bu ölkədə silahlı hücumdan sonra təhsil naziri istefa verdi - FOTO

12:00 - 08 May 2023

Bu ölkədə silahlı hücumdan sonra təhsil naziri istefa verdi - FOTO

Serbiyanın paytaxtı Belqradda məktəblinin atasının silahı ilə 8-i uşaq olmaqla 9 nəfəri öldürdüyü hücumdan sonra təhsil naziri Branko Ruziç istefa verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, istefa ərizəsini Serbiyanın baş naziri Ana Brnabiçə təqdim edən Ruziç istefa məktubunda belə deyib:

“Məsuliyyətli və savadlı bir insan, bütün ictimai vəzifələrini yerinə yetirmiş peşəkar, valideyn və Serbiya vətəndaşı kimi mən istefa verməklə bağlı məntiqli qərar verdim”.

Qeyd edək ki, Serbiyanın paytaxtı Belqradda mayın 3-də 13 yaşlı şagird atasının silahı ilə məktəbdə 8 şagirdi və mühafizəçini qətlə yetirmişdi və hücumdan sonra ölkədə 3 günlük milli matəm elan edilmişdi.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az