İran Xarici İşlər Nazirliyi bu iddianı təsdiqlədi

12:06 - 08 May 2023

İran Xarici İşlər Nazirliyi bu iddianı təsdiqlədi

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kenani Xarici İşlər Nazirliyinin internet saytının sındırılması ilə bağlı açıqlama verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Kenani nazirliyin rəsmi internet saytının sındırıldığını bildirib və sənədlərin və məlumat bazasının ələ keçirildiyi iddialarını təkzib edib.

Saytın interfeysinin kiberhücuma məruz qaldığını bildirən Kenani, lazımi ehtiyat tədbirlərinin alındığını və bütün xidmət sistemlərinin aktiv şəkildə ictimaiyyətə açıldığını qeyd edib.

“Sosial mediada Xarici İşlər Nazirliyinə aid olduğu ilə bağlı yayılan məlumat yalan və əsassızdır. Bunun bu gün baş verənlərlə (kiberhücum) heç bir əlaqəsi yoxdur və sadəcə medianın şişirtməsidir”.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az