Turist qayığı batdı, 22 nəfər öldü - VİDEO

12:21 - 08 May 2023

Turist qayığı batdı, 22 nəfər öldü - VİDEO

Hindistanın Kerala əyalətində turist gəmisinin batması nəticəsində 7-si uşaq olmaqla 22 nəfər həyatını itirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qayığın təhlükəsizlik sertifikatının olmadığı bildirilib.

Rəsmilərdən Moosa Vadakkethil bildirib ki, qayığın batmasından sonra xilasetmə işlərinə başlanılıb.

Vadakkethil 7-si uşaq olmaqla 22 nəfərin cəsədlərinin tapıldığını, axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.

Vadakkethil batan qayıqdan sağ qalanların da çox olduğuna diqqət çəkib.

Baş nazir Narendra Modi verdiyi açıqlamada həyatını itirənlərə görə kədərləndiyini bildirib.

Modi qəzada yaxınlarını itirənlərə başsağlığı verib və təzminat ödəniləcəyini açıqlayıb.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az