Rusiyaya məxsus 35 PUA-nı vurduq - Ukrayna açıqladı

12:02 - 08 May 2023

Rusiyaya məxsus 35 PUA-nı vurduq - Ukrayna açıqladı

Ukrayna Silahlı Qüvvələri ötən gecə Rusiyaya məxsus İran istehsalı olan 35 pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ukrayna Silahlı Qüvvələrindən verilən açıqlamada dünən gecə ölkənin müxtəlif nöqtələrini hədəf alan İran istehsalı Rusiyaya məxsus 35 pilotsuz uçuş aparatının vurulduğu qeyd edilib. Açıqlamada Rusiyanın ötən gecə Karkov, Xerson, Mikolayiv və Odessa şəhərlərini hədəf alan 16 raket hücumu həyata keçirdiyi, Ukrayna qüvvələrinə və yaşayış məntəqələrinə isə 61 hava hücumu və 52 ağır raket hücumu həyata keçirdiyi, ölən və yaralananların olduğu bildirilib.

Kiyev meri Vitali Kliçko paytaxt Kiyevdə azı 5 nəfərin yaralandığını açıqlayıb.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az