Slovakiyanın baş naziri Eduard Heqer sentyabrda keçiriləcək növbədənkənar ümumi seçkilər ərəfəsində istefa verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Slovakiyada siyasi böhran davam etdiyi üçün baş nazir Eduard Heqer sentyabrda keçiriləcək növbədənkənar ümumi seçkilər öncəsi istefa verib.
“Mən prezidentə səlahiyyətimi ləğv etmək və Slovakiyanı texnokratik hökumətlə sabit və dinc şəraitdə demokratik parlament seçkilərinə aparmaq üçün yer buraxmaq istədim”, - Heqer bildirib.
Heqerin istefasından sonra Slovakiya prezidenti Zuzana Çaputova ölkənin yeni texnokratik hökumətinin baş naziri vəzifəsinə Slovakiya Milli Bankının sədr müavini, 46 yaşlı Ludovit Odoru təyin edib. Çaputova bildirib ki, mayın 15-dən sonra Odor texnokrat hökumətinin qalan hissəsini müəyyənləşdirəcək.
Manşet.az