Qızıl mədənində DƏHŞƏT - 27 nəfər öldü (VİDEO)

12:51 - 08 May 2023

Qızıl mədənində DƏHŞƏT - 27 nəfər öldü (VİDEO)

Perunun Arekipa şəhərində qızıl mədənində dəhşətli yanğın baş verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Perunun Arekipa şəhərinin cənubunda qızıl mədənində yanğın baş verib. Yanaquihua şirkətinin idarə etdiyi mədəndə qısaqapanma nəticəsində baş verən yanğında 27 nəfər ölüb.

Dünyanın ən böyük qızıl və ikinci ən böyük mis istehsalçısı olan Peruda baş verən mədən qəzası 2000-ci ildən bəri ölkədə baş vermiş ən ölümcül mədən qəzası kimi qeydə alınıb.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az