La Esperanza qızıl mədənində yanğın: 27 nəfər öldü

13:22 - 08 May 2023

La Esperanza qızıl mədənində yanğın: 27 nəfər öldü

Peruda qızıl mədənində yanğın baş verib.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, hadisə La Esperanza qızıl mədənində olub.

Məlumata görə, yanğında 27 nəfər həyatını itirib.

Hadisədən sonra axtarış-xilasetmə işləri davam edir.

Əraziyə çox sayda polis və axtarış-xilasetmə qruplarının cəlb edildiyi və 100 metr dərinlikdə axtarış əməliyyatının aparıldığı bildirilib.

Qeyd edək ki, Peru Latın Amerikası ölkələri arasında ən böyük qızıl istehsalçılarından biri hesab olunur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az