İranda “müqəddəs dəyərləri təhqir edən” 2 nəfər edam edilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ədliyyədən verilən açıqlamada Sadrullah Fazili Zari və Yusuf Mihrdadın edam hökmləri və edamlarının təfərrüatları paylaşılıb.
Açıqlamada Zari və Mihrdadın Məhəmməd peyğəmbəri və müqəddəs dəyərləri təhqir etdikləri, onlarla sosial media hesabı vasitəsilə bu mövzuda aktiv olduqları bildirilib. Bundan əlavə, Zarinin sosial şəbəkədə Quranı yandırma görüntülərini paylaşdığı qeydə alınıb.
Sözügedən iki nəfərə verilən edam hökmlərinin bu gün səhər saatlarında icra olunduğu bildirilib.
Manşet.az