Bu ölkədə döyüş təyyarəsi yaşayış məntəqəsinə düşdü - Ölənlər var

15:29 - 08 May 2023

Bu ölkədə döyüş təyyarəsi yaşayış məntəqəsinə düşdü - Ölənlər var

Hindistanda döyüş təyyarəsinin yaşayış məntəqəsinə düşməsi nəticəsində iki mülki şəxs həlak olub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, “MiQ-21” tipli döyüş təyyarəsi ölkənin qərbindəki Racastan əyalətinin Hanumanqarh bölgəsində yaşayış məntəqəsinə düşüb. Qəzada 2 mülki vətəndaş həyatını itirib, 1 mülki şəxs yaralanıb.

Bildirilib ki, təyyarə adi uçuş zamanı qəzaya uğrayıb və pilot yüngül xəsarət alıb.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az